• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 23.09.2016 15:02

“Şəmkir” doğma meydanda “Rəvan”la qarşılaşıb

Futbol üzrə Azərbaycan I divizionunda 3-cü turun oyunları keçirilir. Qərb komandalarından “Şəmkir” doğma meydanda “Rəvan” ilə qarşılaşıb. Elitaya yüksəlməyi qarşıya hədəf qoyan meydan sahibləri ötən mövsüm Premyer Liqanı tərk edən “Bakı” klubu ilə oyunda ardıcıl ikinci ev qələbəsini qazanmağı hədəfləyib. Qalib gəlmək istəyini görüşün ilk dəqiqələrindən büruzə verən şəmkirlilər erkən qolla azarkeşləri ayağa qaldırıblar. 13-cü dəqiqədə Ruslan Vorontsov fərqlənib. Hesabı açdıqdan sonra müdafiədə boşluqlar verməyə başlayan Qəhrəman Əliyevin yetirmələri bunun cəzasını çəkib. Topu rəqibə verən Ruslan Poladovun səhvini qapıçı qardaşı Elşən sığortalaya bilməyincə Ceyhun Abdullayev oyunda bərabərlik yaradıb.

Fasilədən sonra azarkeş dəstəyi “Şəmkir”in köməyinə çatıb. Dəstəkdən ruhlanan qərblilər ikinci hissənin əvvəlində hesabı yenidən öz xeyrlərinə dəyişiblər. İdeal ötürmə ilə topa çatan Etibar Süleymanov yumşaq mərmini tora sancıb. Hücumlarına ara verməyən şəmkililər 75-ci dəqiqədə daha bir qol vurublar. Vorontsov cərimə meydançasında kobudluqla dayandırldığından hakim ağ nöqtəni göstərib. Zərbəni yerinə yetirmək üçün topun arxasına Qeyrət Qənbərov keçsə də, fanatların “Ture,Ture” sədalarından sonra geri çəkilərək komanda yoldaşına güzəştə gedib. Afrikalı futbolçu isə ona yaradılan şansı boşa verməyib – 3:1. “Şəmkir”in “Rəvan” üzərində inamlı qələbəsi.

Qəhrəman Əliyev- “Şəmkir”in baş məşqçisi: “Bizim üçün vacib oyun idi. Ötən tur uduzduğumuzdan, evdəki oyunda mütləq qələbə qazanmalı idik, komanda buna köklənmişdi. İlk yarıda zəif oynamağımız həyacanın nəticəsi idi. İkinci hissə öz tapşırıqlarımızı verəndən sonra komanda öz oyununu tapdı və iki qol vurdu. Uşaqları və azarkeşləri təbrik edirəm”.

Azad Rəfi