• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 20.09.2016 16:59

Gəncədə Təhsil İdman məktəbləri arasında futbol üzrə zona birinciliyi start götürüb

Yarışda qərb bölgəsini təmsil edən komandalar regionun ən güclüsünü müəyyənləşdirir.

Təhsil Nazirliyinin xətti ilə baş tutan birincilik ilk dəfə Gəncədə keçirilir. 4-cü zonaya bölünən qərb bölgəsindən 10 şəhər və rayonda fəaliyyət göstərən idman məktəbləri mübarizəyə qoşulub. Bunlar Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Yevlax və Şuşa təmsilçiləridir. Birincilikdə Gəncənin 4 idman ocağının komandası iştirak edir. Kollektivlər 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunub.

İntiqam Hüseynov - TRİM-in Gəncə filialının direktoru: "Təhsil Nazirliyinin göstərişi ilə bu il yarış 1 yaş qrupunda təşkil olunub. Nəzərdə tutulub ki, növbəti illər bir neçə yaş qrupunda keçirilsin. Məqsəd odur ki, təhsil sistemində fəaliyyət göstərən idman məktəblərində uşaq futbolu istiqamətində kütləviliyi təmin etmək, perspektivli oyunçuları aşkarlamaq, eyni zamanda gələcəkdə Azərbaycan çempionatına yaxşı futbolçular qazandırmaqdır".

13 komandanın çıxış etdiyi yarışda oyunlar əvvəlcə qrup mərhələsi üzrə reallaşır. Zona oyunları sentyabrın 26-dək davam edəcək.

Zona mərhələlərində 1-ci 2-ci tutan komandalar finala vəsiqə qazanacaq. Həlledici oyunlar isə məhz Gəncə şəhərində keçiriləcək.

Orxan Cəfərzadə