• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 15.09.2016 16:41

Gəncə idmanına ağır itki üz verib

Tanınmış məşqçi, idman ustası Zakir Ağayev 62 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Təcrübəli mütəxəssis nəinki Gəncədə, ölkəmizdə voleybol idman növünün inkişafı üçün uzun illər əməyini sərf edib. Ağayev xüsusən də, qadın voleybolunun inkişafı istiqamətində yorulmadan çalışıb. O, Təhsil Respulika İdman Mərkəzinin Gəncə filialının, eləcə də şəhər yığma komandasının baş məşqçisi olub. Zakir müəllim Azərbaycan çempionatında çıxış etmiş Gəncənin “Transpor” və “Əczaçı” kimi peşəkar klublarını da çalışdırıb.

Azad Rəfi