• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1105
— 14.09.2016 14:59

Paurliftinq üzrə Dünya Çempionatında təmsilçimiz İsrafil Məmmədov vətənə yüksək nailiyyətlə dönüb

Gürcüstanın paytaxtı Tbilisidə reallaşan paurliftinq üzrə Dünya Çempionatında təmsilçimiz İsrafil Məmmədov vətənə yüksək nailiyyətlə dönüb. 41 yaşlı qazaxlı idmançı 15-ə yaxın ölkənin qatıldığı mundialda qızıl medala yiyələnib. Paurliftinqçi ağır çəkili idmançılar arasında qalib adını qazanıb. 6 qat dünya, 7 qat Avropa və 39 dəfə Azərbaycan çempionu olan İsrafil Məmmədov həmçinin erməni rəqibinin arzusunu da gözündə qoyub.

 

Azad Rəfi