Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 4-cü tura yekun vurulub. Hesabat turunda Gəncənin “Kəpəz” komandası doğma meydanda “Zirə”ni qəbul edib. Ev sahibləri erkən qolla hesabda geri düşüblər. 3-cü dəqiqədə Elgün Nəbiyev fərqlənib. Start həyəcanını üzərindən atmağı bacaran “sarı-göylər” çox keçmədən bərabərliyi yaxalayıblar. Əli Səmədovun Dariosayağı fərdi keçidi qolla nəticələnib. Hücumlarını davam etdirən “Kəpəz” ilk yarının sonunda ikinci qolu rəqib qapısından keçirib. Bu dəfə əl ilə oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Fərid Məmmədov qola çevirib. Amma gəncəlilər qələbə hesabını sonadək qoruya bilməyiblər. Matçın sonuna 2 dəqiqə qalmış müdafiədəki diqqətsizlik qonaqların hesabı bərabərləşdirməsi ilə sonuclanıb. Amil Atakişiyev yekun nəticəni təyin edib- 2:2.
Azad Rəfi
- Baxış: 371