• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 09.09.2016 13:35

Rio-2016 Yay Paralimpiya Oyunlarında gəncəli idmançı Ramil Qasımov tatami üzərinə çıxacaq

Rio-2016 Yay Paralimpiya Oyunlarında bu gün daha 3 cüdoçumuz mübariyə qoşulacaq. 73 kq-da çıxış edən gəncəli idmançı Ramil Qasımov da tatami üzərinə çıxacaq. Yarışa 1/4 finaldan start verən cüdoçunun ilk rəqibi Kuba - Argentina duetinin qalibi olacaq. Pekin-2008 Olimpiadasının  iştirakçısı olan Ramil Qasımov Avropa və dünya çempionu tituluna sahibdir. 2014-cü ildə ABŞ-da dünya çempionu olduğu mundial Rioya lisenziya qazandırıb. Paralimpiyaçı milli komanda ilə birgə olimpiyadaya hazırlığın son mərhələsini Göygöldə keçib.

Ramil Qasımov – paralimpiyaçı: "Hamı olimpiadaya medal arxasınca gedir. Biz də istəyirik ki, qızıl medal qazanaq. Nəyə görə məhz qızıl, ona görə ki, qızıl medala yiyələnəndə bayrağımız daha yüksəkdə durur, himnimiz səslənir. Biz də arzu eləyirik ki, qızıl medal əldə edərək bayrağımızı yüksəyə qaldıraq, himnimizi səsləndirək".

 

Azad Rəfi