• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 07.09.2016 15:38

Bu gecə Rio-De-Janeyro Yay Paralimpiya Oyunları başlayır

Bakı vaxtı ilə saat 01:15-də  "Marakana" stadionunda açılış mərasimi təşkil ediləcək. Tədbir zamanı Azərbaycanın bayrağını cüdo üzrə ikiqat paralimpiya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, eləcə də 2 qat dünya və 6 qat Avropa çempionu İlham Zəkiyev aparacaq. Yarışlara sentyabrın 8-dən start veriləcək. Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 27 paralimpiyaçı ilə təmsil olunacaq ki, onların da 6-sı qadındır. İdmançılar cüdo, atletika, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma və pauerliftin növlərində 44 medal uğrunda mübarizə aparacaqlar.

Azad Rəfi