• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1553
— 06.09.2016 16:50

Sabah futbol üzrə Azərbaycan birinci divizionunda 2016/2017-ci illər mövsümünə start veriləcək

Çempionatda qərb bölgəsini 3 klub təmsil edir ki, onlardan biri “Şəmkir”dir. Kluba sponsorun cəlb olunması ilə iddiası artan komandanın sükanı arxasına təcrübəli mütəxəssislərdən hesab olunan Qəhrəman Əliyev gətirilib. Bundan sonra heyətdə köklü dəyişikliklər edilib. Komandaya elita təmsilçilərində çıxış etmiş futbolçular dəvət olunub. Onlar arasında Elşən və Ruslan Poladovlar, həmçinin 4 legioner də var. Transfer çalışmalarını davam etdirən “Şəmkir” vaxtilə “Xəzər Lənkəran”da oynayan Saido Tounkara və “Simurq”un formasını geyinən Salif Ballonu da sıralarına qatmaq üzrədir.

Azad Rəfi