Futbol üzrə Azərbaycan Premyerliqasından fərqli I divizionun oyunları hər il sentyabrın əvvəlində start götürür. Aşağı dəstədə ilk turun görüşləri bu həftə baş tutacaq. Qərb regionunu yarışda təmsil edəcək 3 klubdan biri olan "Turan Tovuz" ayın 7-də səfərdə “Rəvan”la oyunöncəsi məşqlərini davam etdirir. Çempionata hazırlıq çərçivəsində son olaraq "Kəpəz"in əvəzedici heyəti ilə yoxlama görüşündə qüvvəsini sınayan tovuzlular bütün diqqətini paytaxt kollektivi ilə oyuna yönəldib. Komanda demək olar ki, rəqiblə qarşılaşmaya hazırdır.
Azad Rəfi
- Baxış: 622