Qərb regionundan olan ədalət təmsilçilərinin qatıldığı yığıncaqda Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədir Əli Hüseynov iştirak edib. Gəncə, Qazax və Tovuz hakimləri ilə görüşdə futbol oyun qaydalarına edilən dəyişikliklər haqda məlumatlar verilib, qarşılıqlı müzakirlər aparılıb. Tədbirə birinci divizion, əvəzedici heyətlərin çempionatı və müxtəliş yaş qrupları üzrə birinciliklərə təyinat alan 11 hakim maraq göstərib. Belə görüşlərin hər ay müxtəlif bölgələrdə keçirilməsi nəzərə alınıb. Bu kimi layihələr ədalət qoruyucularının nəzəri biliklərinin artırılmasına yönəlib.
Azad Rəfi
- Baxış: 808