Sabah Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürəcək. Yığma komandamız yarışda hər üç güləş növü üzrə təmsil olunacaq. Mundialda qərb regionundan 2 güləşçi iştirak edəcək. Sərbəst güləş yarışlarında millinin heyətində Gəncə güləş məktəbinin yetirməsi Murad Süleymanov yer alıb. Gənc pəhləvan 74 kq çəki dərəcəsində döşək üzərinə çıxacaq.
Qızların mübarizəsində isə Şəmkir idmançısı Şəbnəm Əhmədova Fransaya yollanıb. Xanım güləşçi 55 kq-da qalib olmağa çalışacaq.
Azad Rəfi
- Baxış: 351