• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 27.08.2016 16:32

“Turan Tovuz” növbəti çempionata hazırlığın əsas mərhələsini başa vurub

Son 3 futbol mövsümündə birinci divizionunun iştirakçısı olan “Turan Tovuz” növbəti çempionata hazırlığın əsas mərhələsini başa vurub. Təlim-məşq toplanışını doğma rayonda keçirən klubun heyətində böyük dəyişikliklər olub. Baş məşqçi Əsgər Abdullayevlə anlaşmanı yeniləyən qərb təmsilçisi 9 yeni futbolçu ilə güclənib. Baxışa dəvət edilən iranlı oyunçular isə məşqçilər korpusunu qane etmədiyindən onlarla müqavilə bağlanılmayıb. Tovuzlular hazırlıq dövründə “Şəmkir” və “Göyəzən” kollektivləri ilə 3 yoxlama matçı keçiriblər və sınaq oyunlarının hamısında qələbə qazanıblar. Çempionatın startına kimi “Turan Tovuz” daha bir yoldaşlıq görüşündə gücünü sınamaq niyyətindədir.

Azad Rəfi