• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 24.08.2016 13:58

Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün püşkü atılıb

Bu mövsüm də qərb regionundan 3 klubun iştirak edəcəyi aşağı dəstədə Qazaxın “Göyəzən”, Tovuzun “Turan” və Şəmkirin eyniadlı kollektivinin ilk turdakı rəqibləri bəlli olub. Sentyabrın 7-8-i tarixlərinə təsadüf edəcək açılış turunda “Turan” səfərdə “Rəvan”la, “Göyəzən” “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Digər qərb klubu “Şəmkir” isə evdə “Şərurspor”u qonaq edəcək.

Azad Rəfi