İki həftə davam edən yarış 3-cü yer uğrunda və final oyunu başa çatıb. 17 komandanın mübarizə apardığı turnirin bürünc medalçısı TİM Gəncə komandası olub. Final matçında isə “Azəri” və “Qarabağ” kollektivləri meydana çıxıb. Rəqibindən daha üstün oynayan birincilər 6:3 hesablı qələbə ilə yarışın baş mükafatını qazanıblar. Oyunlardan sonra “Sevinc Kubok”unun mükafatlandırma mərasimi keçirilib. İlk üçlüyə düşən komandaların üzvlərinə fəxri fərman və hədiyyələr, qalib futbolçulara isə həm də kubok verilib.
Azad Rəfi
- Baxış: 351