• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 16.08.2016 15:55

Gəncədə mini futbol üzrə “Sevinc Kubok”u davam edir

Avqust ayının əvvəlində startı verilən yarışda yarımfinalçılar müəyyənləşib. 17 komandanın mübarizə apardığı turnirin həlledici mərhələsində “Qarabağ”, “Bağman”, “Azəri” və TİM-1 komandaları çıxış edəcək. Bu mərhələnin oyunları sabah keçiriləcək. Qaliblər bir gün sonra baş tutacaq finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə meydana çıxacaq. Yarışın sonunda mükafatçılarla yanaşı, mütəxəssislərin rəyinə əsasən, müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçular da müəyyənləşəcək. Qeyd edək ki, ənənəvi xarakter daşıyan və hər il reallaşan turnir bir qayda olaraq yay tətili günlərində keçirilir. Yarış məktəblilərin asudə vaxtının səmərəli təşkilinə hesablanıb.

Azad Rəfi