• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1397
— 12.08.2016 17:25

Elçin Zeynalov Toğrul Əsgərovun Rio şanslarını dəyərləndirdi

Rioda keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı idmansevərlərin əsas medal ümidləri güləşçilərdir. Bu da təsadüfi deyil. Axı olimpiadalarda bir qayda olaraq milli idman növümüzü təmsil edən pəhləvanlarımız daha çox fəxri kürsüdə yer alırlar. Braziliyada çıxışına böyük ümidlər bəslənən idmançılar arasında sözsüz ki, Toğrul Əsgərov da var. London Olimpiya Oyunlarının qalibi yenə 4 illiyin ən böyük yarışının favoritləri sırasında yer alıb. Əsgərov 65 kq çəki dərəcəsində döşəyə çıxacaq. Olimpiya çempionunun şəxsi məşqçisi Elçin Zeynalov Kəpəz TV-yə müsahibəsində yetirməsindən gözləntiləri barədə danışıb.

Elçin Zeynalov- Toğrul Əsgərovun şəxsi məşqçisi: “Toğrul şəxsiyyətli, prinsipial idmançıdır. O bilir ki, ikinci dəfə Olimpiya çempionu olmaq Azərbaycan üçün rekorddur. Məşqçilər, psixoloqlar, həkimlər onun üzərində ciddi çalışırlar ki, bu nailiyyətə imza atsın. Mənə elə gəlir ki, o, bu olimpiadada xalqımızı, prezidentimizi, gəncəliləri sevindirəcək”.     

Azad Rəfi