• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 09.08.2016 16:15

“Kəpəz” yeni mövsümə uğursuz şəkildə start verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümünə “Kəpəz” uğursuz şəkildə start verib. Gəncə klubu “Qəbələ” ilə Bakıda keçirilən səfər görüşündə meydanı məğlub tərk edib. Halbuki bölgə klublarının qarşıdurmasının ilk yarısında “sarı-göylər” rəqibindən daha üstün oyun nümayiş etdirib. Bunun təsdiqi kimi Orxan Əliyev və Dario Frederiko ayrı-ayrı epizodlarda fərqlənməyə yaxın olub. Lakin toru silkələmək mümkün olmayıb. “Kəpəz”i məyus edən qollar isə fasilədən sonra vurulub. Əvvəlcə 58-ci dəqiqədə Tellur Mütəllimov əks-hücum zamanı müdafiə xəttindəki boşluqdan yararlanaraq hesabı açıb. Gəncəlilərin növbəti səhvini 78-ci dəqiqədə Bakali Dabo bağışlamayıb – 2:0. “Kəpəz” çempionatda ikinci oyununu həftəsonu Gəncədə AZAL-a qarşı keçirəcək.

Azad Rəfi