Gəncənin 1 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirmələri Bakıda keçirilən sambo üzrə yeniyetmə, gənc və kişilər arasında Azərbaycan Kubokunda uğurlu nəticəyə imza atıblar. Şağan Olimpiya İdman Kompleksində baş tutan yarışda gəncəli samboçular 4 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. 74 kq-da Bayram Əliyevlə Ramin Məsməliyev, 82-də Röyal Zeynalov və 100 kq çəkidə Dərya Quliyev ölkə kubokunun qalibi olublar. Vilayət Bayramovla Pünhan Davrışov ikinci, Elcan Abbasov, Nəsib Quliyev və Orxan Məmmədli isə üçüncü yerə layiq görülüblər.
Orxan Cəfərzadə
- Baxış: 660