• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 26.07.2016 15:45

Gəncə ilk dəfə Çoxmübarizəli İdman Döyüş Növləri üzrə Respublika çempionatı və birinciliyinə ev sahibliyi edib

Gəncədə Çoxmübarizəli İdman Döyüş Növləri üzrə yeniyetmə, gənc və böyüklər arasında Respublika çempionatı və birinciliyi keçirilib. Gəncə Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi yarış Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə düzənlənib. Mübarizələrdə 15 şəhər və rayondan 150-dən artıq idmançı qalib olmaq üçün bacarığını ortaya qoyub. 30 dəst medal uğrunda gedən döyüşlərdə Gəncə 27 idmançı ilə təmsil olunub.

Beyrək Bağırov -yarışın baş hakimi: "Çoxmübarizəli Döyüş İdman Növləri ilk dəfədir ki, Gəncədə keçirilir. Bu yarış 9-cu Respublika çempionatı və birinciliyidir. Burada fərqlənən idmançılar Avropa və dünya çempionatlarında iştirak edəcəklər”.

Orxan Cəfərzadə