• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 21.07.2016 12:16

“Kəpəz” mərhələ adlaya bilmədi

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Azərbaycanın "Kəpəz" klubu bu gün növbəti matçını keçirib. Gəncə təmsilçisi evdə Avstriyanın "Admira" klubunu sınağa çəkib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Şahin Diniyevin komandası cavab oyununda da 2 cavabsız qolla məğlub olub. Bununla da "Kəpəz" Avroliqada mübarizəni dayandırıb.

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20 iyul

"Kəpəz" (Azərbaycan) - "Admira" (Avstriya) - 0:2 
Qollar: Knasmüllner, 17 (0:1), Şmidt, 76 (0:2)
İlk oyun - 0:1
Bakı. "Dalğa Arena".

Orxan Cəfərzadə