Balakən rayonunda yeniyetmə və gənclər arasında ənənəvi Respublika Şahmat Olimpiadası keçirilir. 50 şəhər və rayondan 400-ə yaxın iti zəka sahibinin qatıldığı yarışda gəncəli idmançılar da çıxış edir. Olimpiadada Nizami yurdundan 29 şahmatçı qüvvəsini sınayır ki, onlardan 20-si oğlan, 9-u isə qızdır. İki yaş qrupunda reallaşan şahmat olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir. Yarışa iyulun 19-da yekun vurulacaq.
Azad Rəfi
- Baxış: 362