UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə bu axşam “Kəpəz” səfərdə Avstriyanın “Admira” klubu ilə qarşılaşır. Gəncəlilər oyunun keçiriləcəyi “NV Arena”da matç öncəsi son məşqlərini ediblər. Təxminən bir saat çəkən hazırlıq prosesində futbolçular əsasən müxtəlif məsafələrdən ötürmələr üzərində çalışıblar. “Admira” – “Kəpəz” qarşılaşması saat 21-də başlayacaq.
Azad Rəfi
- Baxış: 679