Şəmkirin İrmaşlı kəndində keçirilən sərbəst güləş üzrə yeniyetmələr arasında turnirə yekun vurulub. Rayon şəhidlərinin xatirəsinə həsr olunan yarışda 150-yə yaxın güləşçi qüvvəsini sınayıb. Turnirdə qaliblər 15 çəkidə müəyyənləşib. Yarışda Şəmkir pəhləvanları ilə yanaşı Gəncə, Qazax, Ağstafa və Bərdə idmançıları da döşək üzərinə çıxıb. Yekunda komanda hesabında Şəmkir 1-ci, Gəncə kollektivi 2-ci, qazaxlılar 3-cü yerə layiq görülüb.
Orxan Cəfərzadə
- Baxış: 513