• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 08.07.2016 11:24

“Kəpəz” “Daçiya”nı 1 qolla keçdi

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Təmsilçilərimizdən “Kəpəz” səfərdə “Daçiya” ilə qarşılaşıb. Bakıda keçirilən ilk görüşdə Moldova klubu ilə qolsuz bərabərə qalan Şahin Diniyevin komandası bu oyunda 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə olaraq avrokuboklarda növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, "Kəpəz" ikinci təsnifat mərhələsində Avstriyanın "Admira-Vakker Medlinq" klubu ilə qarşılaşacaq.

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu 

7 iyul 
19:00. "Daçiya" (Moldova) - "Kəpəz" (Azərbaycan) - 0:1 
Qol: Dario Federiko, 57 (0:1)
İlk oyun - 0:0
Speya. Speya Stadionu 

Orxan Cəfərzadə