• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1354
— 07.07.2016 12:36

“Kəpəz”in Moldovada “Daçiya” sınağı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Turnirdə iştirak edən təmsilçilərimizdən “Kəpəz” səfərdə “Daçiya” ilə qarşılaşacaq. Speya  stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtilə saat 19-da veriləcək. Bakıda keçirilən ilk qarşılaşmada qolsuz bərabərə qalan Şahin Diniyevin komandası qələbə ilə yanaşı məhsuldar heç-heçə ilə də mərhələ adlaya bilər.

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu 

7 iyul 
19:00. "Daçiya" (Moldova) - "Kəpəz" (Azərbaycan)
İlk oyun - 0:0
Baş hakim: Laşa Silaqava 
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria (Hamısı Gürcüstan)
Speya. Speya Stadionu 

Orxan Cəfərzadə