İyulun 7-dən 9-dək Bakıda sambo üzrə yeniyetmə, gənc və kişilər arasında Azərbaycan Kuboku keçiriləcək. Şağan Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışa Gəncədən 20-yə yaxın samboçu qatılacaq. Onlardan 6-sı 1 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirməsidir. Məşqçi Xanəhməd Rzazadənin rəhbərliyi ilə paytaxta 52 kq-da Vilayət Bayramov, Röyal Rüstəmov, Hüseyn Əliyev, 56 kq çəkidə Vüsal Rüstəmov, 60-da Elcan Abbasov və 65 kq-da Yusif Məmmədov yollanacaq. Azərbaycan Kubokunda qalib olan samboçuları qarşıda daha nüfuzlu yarış gözləyir.
Xanəhməd Rzazadə- məşqçi: "Bu yarışda fərqlənən idmançılarımız Rumıniyada keçiriləcək dünya birinciliyinə vəsiqə qazanacaq. İnanıram ki, həmin yarışa da Gəncə samboçularından yollanan olacaq. Ümudverici yetirmələrimiz var. Buna görə də onlara inanırıq”.
Orxan Cəfərzadə
- Baxış: 746