• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 30.06.2016 15:03

2 saylı UGİM-in cüdo üzrə daxili birinciliyi keçirilib

Gəncədə 2 saylı Uşaq Gənclər İdman Məktəbinin cüdo üzrə daxili birinciliyi keçirilib. Yeniyetmə tatami ustaları arasında düzənlənən yarış 26 iyun Silahlı Qüvvələr gününə həsr olunub. 2006-2008-ci il təvəllüdlü cüdoçuların mübarizəsində qaliblər 8 çəki dərəcəsində müəyyənləşib. Daxili birincilikdə məşq qruplarından 70-dən çox cüdoçu iştirak edib.

Xanəhməd Rzazadə- yarışın baş hakimi: "Ramil Qasımov, Hakim Nəzərəliyev və Mövlüd Mirəliyev kimi idmançılar belə yarışlardan çıxıb. Əsas məqsədimiz bu yeniyetmə cüdoçuları böyük yarışlara hazırlamaqdır. Hansı ki, bu yarışlarda fərqlənən yetirmələrimizi böyük turnirlərə göndəririk."

Orxan Cəfərzadə