• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 29.06.2016 18:20

Gəncəli Avropa çempionu doğma şəhərə döndü

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən sərbəst güləş üzrə gənclər arasında Avropa çempionatının qalibi olan gəncəli pəhləvan Murad Süleymanov doğma şəhərə qayıdıb. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının üzvü olan 21 yaşlı güləşçini qarşılamağa Nizami Gəncəvinin məqbərəsi önünə şəhərin idman ictimaiyyətinin nümayəndələri toplaşıb. Qarşılanma mərasimində Süleymanovun qazandığı uğurun ölkəmiz adına böyük nailiyyət olduğu vurğulanıb. Gəncə güləş məktəbinin layiqli yetirməsi kimi onun gələcəkdə dünya və olimpiya çempionu olacağına şübhə edilmədiyi bildirilib. Buxarestdə qızıl medal qazanan iki sərbəst güləşçidən biri olan Murad 74 kq çəki dərəcəsində fəxri kürsüyə qalxıb.

Hidayət Şahin