• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1347
— 23.06.2016 17:31

Gəncədə beynəlxalq yoqa günü münasibətilə ilk dəfə olaraq kütləvi şəkildə təlim keçirilib

Əvvəlcə yoqanın sağlam həyat tərzi və rifah üçün əhəmiyyətindən və bir çox faydasından danışılıb. Hər bir kəsin daha yaxşı psixi və fiziki sağlamlığı üçün yoqanın vacibliyi vurğulanıb. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, həmçinin Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan təlimə əsasən gənclər qatılıb. 50-yə yaxın yoqasevər xüsusi təlimçilər vasitəsilə yoqa hərəkətləri haqda maarifləndirilib. 21-26 iyun yoqa həftəsi çərçivəsində baş tutan sessiya Bakıdan sonra Nizami yurdunda təşkil olunub.

Kənan Məmmədov- yoqa təlimçisi: “Yoqada biz bədən, yəni idman hərəkətləri edirik. Nəfəs texnikaları, meditasiya edirik və bu bizim beynimizi sakitləşdirir. Deməli, 3 aspekt – bədən, ruh və beynin birləşməsi yoqa adlanır. Bu 3 aspekt birləşəndə harmoniya yaranır. Biz özümüzü indiki zamanda daha gümrah hiss edirik, enerjimiz olur, optimist oluruq, üzdə təbəssüm olur. Həyata baxış müsbət olur. Yəni yoqa buna gətirir”.

Orxan Cəfərzadə