• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 17.06.2016 18:44

“Kəpəz” Türkiyədə təlim-məşq toplanışını davam etdirir

Ərzurumda hazırlıq keçən komandanın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.“Kəpəz” Türkiyə Futbol Federasiyası Bölgə Seçmələr komandası ilə qarşılaşacaq. Bu komanda müxtəlif yaş qrupları üzrə millilərə namizəd gənc futbolçulardan təşkil olunub.

Yoxlama matçı iyunun 18-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu yerli hakimlər birqadası idarə edəcək.

İyunun 12-dən Ərzurumda hazırlaşan Gəncə klubu qardaş ölkədə olduğu müddətdə daha bir yoldaşlıq görüşü də keçirməyi planlaşdırıb. Rəqin adı hələlik məlum olmasa da, bu matç ayın 20-nə planlaşdırılıb.

Televiziyamıza Türkiyədəki toplanışı dəyərləndirən “Kəpəz”in baş məşqçisi Şahin Diniyev məşqlərin yaxşı keçdiyini, əvvəlcədən tərtib olunmuş plan üzrə hazırlaşdıqlarını bildirib. Transferlər haqda da danışan təcrübəli çalışdırıcı komandaya yeni qoşulan futbolçuların özlərini yaxşı tərəfdən göstərdiyini və oyunçuların uyğunlaşma prosesi keçdiyini sözlərinə əlavə edib.   

Xatırladaq ki, iyunun 21-nə kimi Ərzurumda olacaq “sarı-göylər” səhər və axşam olmaqla gündə iki dəfə məşq edir. Təlim-məşq toplanışının əsas hissəsi fiziki hazırlığın yüksəldilməsinə yönəlib. Günün ilk məşqində fiziki təmrinlər üzərində çalışan komanda günün ikinci yarısında toplu məşqlərə diqqət ayırır.

Hidayət Şahin