• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1804
— 06.05.2016 18:02

“Kəpəz” səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turunda “Kəpəz” səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Gəncə klubu lənkəranlılarla oyunun hazırlığını həftə ərzində Bakıda keçirib. Komandanın heyətində yeganə itki uzun müddətə zədələnən Dario Frederikodur. Ötən tur vərəqə limitinə görə oynamayan Kərim Diniyev artıq komandaya qoşulub və onun cənub təmsilçisi ilə matçda meydançaya çıxmaması üçün səbəb qalmayıb. Bu mövsüm “Xəzər Lənkəran”la keçirilən hər 3 qarşılaşmada qələbə qazanan “Kəpəz” turnir cədvəlində mövqeyini qorumaq üçün səfərdən qələbə ilə qayıtmağa məcburdur.

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “Gəncə “Xəzər Lənkəran”ın turnir cədvəlində mövqeyi yaxşı deyil. Onlara da xal çox lazımdır. Səfərdən qələbə ilə qayıtmaq borcumuzdur. Bura kimi gəlmişiksə, bütün gücümüzü meydanda qoymalıyıq. Amma bizə asan olmayacaq. Rəqib son vaxtlar qələbə qazanmasa belə qələbəyə layiq oyun nümayiş etdirir. Şanslar bərabərdir”.

AZAD RƏFİ