• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 06.05.2016 18:02

Gəncəli şahmatçı Vüqar Rəsulov 2 ay ərzində 3 mötəbər turnirdə zəkasını yoxlayacaq

Nizami yurdunun yeganə beynəlxalq kişi qrossmeysteri əvvəlcə hər il ənənəvi olaraq keçirilən "Naxçıvan Open"-ə qatılacaq. Mayın 9-da başlayacaq yarışda A turnirində çıxış edəcək Rəsulov 11 ölkədən olan rəqiblərinə qarşı mübarizə aparacaq. Gəncənin kişilər arasında ilk ölkə çempionu Naxçıvan yarışından sonra Serbiya və Xorvatiyada təşkil ediləcək turnirlərdə iştirak edəcək. Şahmatçı iyun - iyul aylarına  təsadüf edəcək reytinq xarakterli yarışlarda mükafatçılar sırasına düşməklə əmsalını artırmağa çalışacaq.

Hidayət Şahin