• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 03.05.2016 15:02

Müxtəlif yaş qrupları üzrə Azərbaycan birinciliyinin mərhələ oyunları davam edir

2015-2016-cı il mövsümü üçün AFFA tərəfindən müxtəlif yaş qrupları üzrə keçirilən Azərbaycan birinciliyinin mərhələ oyunları davam edir.

Gəncə bu mərhələdə "Kəpəz" futbol klubu və Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının komandaları ilə təmsil olunur. "Kəpəz"li futbolçular oyunlarını Gəncə şəhər stadionunun əsas meydançasında keçirir. Klubun U-12 liqasında çıxış edən komandası 1/4-də "Neftçi"dən olan həmyaşıdları ilə qarşılaşıb və görüş 1:1 hesabı ilə nəticələnib. Bu cütdə mərhələ adlayacaq komanda Bakıda keçiriləcək cavab matçından sonra müəyyənləşəcək. "Kəpəz"in 14 yaşlı futbolçuları isə yarımfinala gedən yolda büdrəyib. Ceyhun Tanrıverdiyevin yetirmələri evdə "Neftçi"yə qalib gəlsə də, ilk oyunda səfərdə daha böyükhesabla uduzması mübarizəni dayandırmağa vadar edib.

Hidayət Şahin