AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarında Azərbaycan birinciliyinin 1/8 final mərhələsinin oyunları keçirilib. Gəncəni müxtəlif yaş kateqoriyalarında təmsil edən 4 komanda doğma meydanda rəqiblərini qəbul edib. 11 yaşlıların yarışında "Kəpəz" Füzuli komandasını 11:2, U-12 liqasında isə Bərdəni 2:0 hesabıyla məğlub edib. 13 yaşlı futbolçuların mübarizəsində gəncəlilər minimal hesabla Saatlı kollektivinə uduzub. U-13 liqasında isə TİM - "Vətən" Bakıyla 1:1 hesablı heç-heçə edib. Gəncə şəhər stadionunda keçirilən oyunlardan sonra 11 və 14 yaşlılarda iki matçın nəticəsinə əsasən, "Kəpəz" 1/4 final mərhələsinə vəsiqə qazanıb. U-12 və U-13 liqasında isə cavab görüşlərindən sonra növbəti mərhələyə adlayacaq komandaların adlarına aydınlıq gələcək.
Azad Rəfi
- Baxış: 453