• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 24.04.2016 14:02

Gəncəli futbolçular bu gün doğma meydanda rəqiblərini qəbul edir

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarındakı komandaların futbol üzrə Azərbaycan birinciliyinin 1/8 final mərhələsinin oyunları keçirilir. Gəncəni müxtəlif yaş kateqoriyalarında təmsil edən 4 klub bu gün doğma meydanda rəqiblərini qəbul edir. 11 yaşlılarda Kəpəz Füzulini, U-12 liqasında Bərdəni, 13 yaşlı futbolçuların mübarizəsində isə gəncəlilər Saatlı kollektivini ilə qarşılaşır. U-13 liqasında isə TİM - Vətən Bakıyla üz-üzə gəlir. Gəncə şəhər stadionunda baş tutan qarşılaşmalardan 2-si 1/8 final mərhələsinin ilk, 2-si isə cavab görüşüdür. Bu oyunlardan sonra 11 və 14 yaşlılarda növbəti mərhələyə adlayacaq komandaların adlarına aydınlıq gələcək. U-12 və U-13 liqasında isə cavab qarşılaşmalarının ardından 1/4 finalçılar müəyyənləşəcək.

 

Orxan Cəfərzadə