• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 985
— 15.04.2016 13:18

"Göyəzən" doğma meydanda “Ağsu” klubunu qəbul edib

Futbol üzrə Azərbaycan I Divizonunda 22-ci turun görüşləri keçirilir. Hesabat turunun ilk oyun günündə "Göyəzən" evdə Ağsunun eyni adlı klubunu qəbul edib. Turnir cədvəlinin 3-cü sırasında qərarlaşan rəqibinə qarşı başa-baş mübarizə aparan Qazax təmsilçisi 90 dəqiqənin sonunda 1 xala sevinib. Qarşılaşma boyunca tərəflər bir neçə qol vəziyyəti yaratsalar da, bu imkanların heç birindən istifadə edə bilməyiblər. Nəticədə matç başladığı hesabla - 0:0 başa çatıb. Bu nəticənin ardından xallarının sayını 11-ə yüksəldən "Göyəzən" cari mövsümdə 5-ci heç-heçəsinə imza atıb.

Azad Rəfi