200-ə yaxın pəhləvanın mübarizə apardığı yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar çıxış edir. Güləşçilər 16 çəki dərəcəsində qüvvəsini sınayır. Birincilikdə Nizami Yurdunun 6 komandası ilə yanaşı, Yevlax, Qazax, Ağstafa, Ağdam, Balakən, Şəmkir, Gədəbəy, Zərdab, Göygöl və Qax təmsilçiləri də döşək üzərində hünərini göstərir. Zona yarışında ilk 3-lüyə düşəcək güləşçilər aprel ayının sonlarında Balakəndə keçiriləcək Respublika birinciliyinə vəsiqə qazanacaq.
Mütalib Həsənov - Gənclər və İdman Nazirliyi İdman şöbəsinin sektor müdiri: "Respublikanın 52 rayonunda sərbəst güləş növü təbliğ olunduğundan biz bu yarışları 3 mərhələdə keçiririk. İlk mərhələ, idman cəmiyyətləri, olimpiya kompleksləri ikinci mərhələ, zona yarışları və 3-cü mərhələdə final mərhələsinin görüşləri baş tutur. Sərbəst güləşçilərin sayının çox olması səbəbindən birinciliklər 3 zonada reallaşır".
Orxan Cəfərzadə
- Baxış: 424