• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 29.03.2016 18:22

“Kəpəz” Gəncədə məşq etdi

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq. 27-ci turun mərkəzi görüşü Gəncədə keçiriləcək. “Kəpəz” Gəncə şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Nizami yurdunun təmsilçisi qarşıdakı oyunun hazırlığına martın 23-dən Bakıda başlayıb. Bu gün doğma şəhərə gələn komanda oyun öncəsi son məşqə isə matçın keçiriləcəyi arenada çıxıb. Əsas milli komanda ilə Türkiyə toplanışında olmuş Namiq Ələsgərov ilə Tərlan Quliyev də komandanın düşərgəsinə Gəncədə qoşulub. Çətin sınaq öncəsi “sarı-göylər”in heyətində itki var. Uzun müddətə sıradan çıxan Dario Frederiko ilə yanaşı, Julien Ebah da “Kəpəz”ə kömək edə bilməyəcək. Kamerunlu hücumçu sarı vərəqə limiti doldurduğundan cəzalı vəziyyətə düşüb.

Azad Rəfi