Gəncə Olimpiya İdman Kompleksində Novruz bayramı münasibətilə yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib. Gəncə şəhər Gənclər və İdman baş idarəsi ilə Azərbaycan Güləş Federasiyasının 7 saylı nümayəndəliyinin təşkil etdiyi yarışda 2002-2004-cü il təvəllüdlü güləşçilər düşək üzərinə çıxıb. 16 çəkidə qaliblərin müəyyənləşdiyi birincilikdə 200-ə yaxın yeniyetmə pəhləvan qüvvəsini sınayıb. Yarışda Nizami yurdunun TİM, 1 və 2 saylı UGİM, Dinamo və Zenit idman cəmiyyətlərinin, həmçinin Gənclər və İdman baş idarəsinin güləşçiləri mübarizə aparıb.
Orxan Cəfərzadə
- Baxış: 417