Yarış 5 mart - Bədən Tərbiyyəsi və İdman Gününə həsr olunub. İki yaş qrupunda - 2002-2003 və 2004-2005-ci il təvəllüdlü boksçular arasında gedən mübarizələrdə Gəncə idmançıları ilə yanaşı Şəmkir, Tərtər, Qəbələ, Ağdam, Kəlbəcər və Sumqayıt təmsilçiləri də çıxış edib. Birincilikdə 232 boksçu qüvvəsini sınayıb. "Dəri əlcək" ustaları 30 müxtəlif çəkidə güclünü ayırd etməyə çalışıb.
İntiqam Hüseynov- TRİM-in Gəncə filialının direktoru: "Məqsədimiz, bölgələrdə olan idmançıların bir-birinə daha da yaxınlaşması və dostluq münasibətlərinin möhkəmləndirilməsidir. Bundan başqa, qarşıdan gələn respublika yarışlarında iştirak etmək üçün TRİM-in heyətini müəyyənləşdirməyə çalışırıq. Birincilikdə perspektivli idmançılar çıxış edir. İnanırıq ki, bu yarışlarda mübarizə aparan boksçular gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil edəcək".
Yarışın nəticələrinə əsasən 36 müxtəlif əyarlı medalla Təhsil Respublika İdman Mərkəzinin Gəncə filalının yetirmələri komanda hesabında birinci olub. Mükafatçılar sırasına düşən boksçulara medal və diplom təqdim olunub, qalib komanda kubokla mükafatlandırılıb.
Hidayət Şahin
- Baxış: 941