
Xüsusi ilə yarışda Gəncənin Fiziki Hazırlıq İdman klubunun yetirmələri də geniş heyətlə təmsil olunaraq 8 müxtəlif əyarlı medal qazanıblar.Gəncə yığması yarışda 35 kikboksinqçiylə iştirak edib. Kikboksinqin lou-kik və kik-layt versiyaları üzrə mübarizələrdə Fiziki Hazırlıq İdman Klubunun 14 təmsilçisi qüvvəsini sınayıb. Baş məşçqi Anar Məmmədovun yetirmələri 5 qızıl və 3 bürünc medal qazanmaqla yüksək göstəriciyə imza atıb.
Anar Məmmədov - baş məşqçi: "Azərbaycan birinciliyinə çox ciddi hazırlaşırdıq. 21-ci Azərbaycan birinciliyində fiziki hazırlıq idman klubunun 3, ondan əvvəlki yarışda isə 4 yetirməsi çempion olmuşdu. Bu yarışa ondan da ciddi hazırlaşdıq. Qarşıda bizi yeniyetmə və gənclərin Azərbaycan birinciliyi gözləyir".
Uşaqların birinciliyində 24 kq çəki dərəcəsində Rəsul Tağızadə və 29 kq-da Fərda Həsənov fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Fərda Həsənov -yarışın qalibi: "5 döyüş keçirdim. Ən çətin ikinci döyüşüm oldu. Ancaq çətin olsa da, Mingəçevir idmançısı üstələyərək ölkə çempionu oldum".
Kadetlərin yarışında 30 kq çəkidə Məftun Orucov, 39-da Hüseyn Həbilov, və 51-də Ruzigar İbişov birinciliyin qalibi olub.
Hüseyn Həbilov - yarışın qalibi: "Bu yarışa çox ciddi hazırlaşmışdım. Buna qədər bir dəfə respublika çempionatında qızıl medal qazanmışdım. Keçirdiyim bütün görüşləri qələbə ilə başa vuraraq 2016-cı il Azərbaycan birinciliyinin qalibi oldum".
Ruzigar İbişov - yarışın qalibi: "Ən çətin döyüşüm finalda Bakı idmançısına qarşı oldu. Ancaq ona da xal hesabı ilə qalib gələrək Azərbaycan çempionu oldum. Bu qələbəmə görə öz müəllimimə təşəkkür edirəm".
Digər 3 idmançı - 30 kq çəkidə Sahib Hüseynov və 36 kq-da mübarizə aparan Ruslan Dünyamalıyevlə Tural Cəfərov yarışın bürünc mükafatını əldə edib.
Hidayət Şahin
- Baxış: 1195