Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Turun ilk matçı Gəncədə baş tutub. Açılış qarşılaşmasında yerli “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Görüşdən əvvəl Tofiq Bəhramov adına Respublika stadionun sabiq direktoru Akif İsmayılovun və Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Oyuna gəlincə 90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Tərəflərin səylərinə baxmayaraq, qarşılaşma başladığı hesabla, yəni 0:0 hesabıyla yekunlaşıb.
Orxan Cəfərzadə
- Baxış: 374