Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunda sabah Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı doğma şəhərdə son məşqinə çıxıb. “Sarı-göylər”in oyunöncəsi yekun məşqi yüngül xarakter daşıyıb. “Kəpəz” Sumqayıtla görüşdə bir neçə oyunçunun xidmətindən yararlana bilməyəcək. Belə ki, Orxan Əliyev, Xəzər Qəribov, Budaq Nəsirov, Junior Osvaldo zədə, Tərlan Quliyev isə qripə yoluxduğundan Bakıdakı məşqləri buraxmaq məcburiyyətində qalıb. Adı çəkilən ilk iki futbolçunun qarşıdakı ev oyununda meydana çıxmayacağı dəqiqdir. Quliyev isə tam sağalıb və səhhətində heç bir problem yoxdur. Nəsirovla Osvaldo Gəncəyə gəlsə də, onların oynayıb-oynamayacağı matç günü bəlli olacaq. Tibb personalı hər iki yarımmüdafiəçini oyunadək hazır vəziyyətə gətirmək üçün səfərbər olub.
Orxan Cəfərzadə
- Baxış: 451