• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1844
— 20.02.2016 17:02

Uşaq-Gənclər Şahmat Məktəblərinin komandaları arasında Respublika Birinciliyinin zona yarışları davam edir

Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat Məktəblərinin komandaları arasında Respublika Birinciliyinin zona yarışları davam edir. Birincilik 6 zona üzrə reallaşır ki, 4-cü zonaya aid olan qərb bölgəsinin yarışları bu il Gəncədə baş tutur. 11 kollektivin qatıldığı mübarizələrdə Nizami yurdunun iki komandasıyla yanaşı, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Goranboy, Mingəçevir və Yevlax şahmatçıları final mərhələsinə vəsiqə qazanmaq üçün zəkalarını yoxlayırlar. Zona birinciliyi dairəvi sistem üzrə keçirilir. Yarışların sonunda ilk iki pillədə qərarlaşan şahmatçılar həlledici mərhələyə adlayacaqlar.

Asif Həsənov -Gəncə Şahmat Məktəbinin direktoru: "Əsas məqsəd zonalarda layiqli komandaların finala çıxışını təmin etmək və həlledici mərhələdə ən güclü komandanı müəyyənləşdirməkdir. Bu yarışda iştirak edən şahmatçılar ola bilsin hansısa bir beynəlxalq yarışda ölkəmizi təmsil etsin".

Orxan Cəfərzadə