İdmançılarımızın beynəlxalq arenalarda çıxışı uğurlu alınıb.Gəncə cüdo məktəbi Azərbaycanda ən güclülərdən hesab olunur. Nizami Yurdunun təmsilçilərinin əldə etdikləri nəticələr də bunun göstəricisidir.Ölkəmizi beynəlxalq arenalarda təmsil edən İlkin Babazadə bu günlərdə Bolqarıstanın Sofiya şəhərində Avropa Kubokunda iştirak edib. 66 kq çəki dərəcəsində yarışan Babazadə ölkəmiz adına qazanılan 2 bürünc medaldan birinin sahibi olub.
Avropa kuboku İlkin Babazadənin 2016-cı ildə qatıldığı ikinci yarış olub. Daha əvvəl Tunisdə "Afrika Open" yarışında yığmamızın heyətində yer alan 20 yaşlı idmançının çıxışı uğursuz alınıb. Məşqlərin birində zədələnən cüdoçu Bolqarıstan turnirində zədəsini daha da ağırlaşdırıb. Bu səbəbdən Babazadənin 2 ay tatamilərdən uzaq qalacağı gözlənilir.
Almaniyada keçirilən beynəlxalq turnirdə isə Qaya Xəlilovun digər yetirməsi Hüseyn Manafov mübarizə aparıb. Hamburq şəhərində yeniyetmələr arasında təşkil olunan yarışda Manafov 38 kq çəki dərəcəsində bürünc medala yiyələnib.
İlkin Babazadə zədə səbəbindən bir müddət yarışlardan kənar qalacaqsa, Hüseyn Manafov Bakıda keçiriləcək Respublika birinciliyində çıxış edəcək.
Hidayət Şahin
- Baxış: 788