2 fevral Gənclər gününə həsr olunan yarış Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə baş tutub. Açılış mərasimində ölkəmizdə güləşə göstərilən diqqət və qayğıdan danışılıb. Bunun da nəticəsində Azərbaycan pəhləvanlarının hər il beynəlxalq arenada qazandıqları qələbələrlə güləşsevərləri sevindirdiyi qeyd olunub. Daha sonra 100-ə yaxın pəhləvanın iştirakı ilə birincilik start götürüb. 10 müxtəlif çəkidə Gəncə idmançıları ilə yanaşı, Yevlax və Göyçay təmsilçiləri güclünü müəyyənləşdirib.
Hidayət Şahin
- Baxış: 691