Səfirliyin Təhsil Respublika İdman Mərkəzində təmir etdirdiyi cüdo zalında baş tutan həlledici görüşlərdə 20 idmançı tatami üzərinə çıxıb. 3 yaş qrupunda 7 çəkidə qaliblərin müəyyənləşdiyi yarışı Yaponiya səfirliyinin əməkdaşları və gündoğar ölkədən dəvət olunan cüdo mütəxəssisləri izləyib. Final mərhələsində həm qız, həm də oğlan cüdoçular mükafatlar uğrunda mübarizə aparıb. Şəhər birinciliyinin sonunda yer tutan idmançılar səfirlik tərəfindən medal və diplomla təltif olunub.
Tsuquo Takahaşi - Yaponiyanın Azərbaycandakı səfiri: "Bu yarış Yaponiya mədəniyyət tədbirləri çərçivəsində həyata keçirilir. Yaponiyanın ənənəvi idman növü sayılan cüdo bütün dünyada olduğu kimi, Azərbaycanda da çox populyardı. Məqsədimiz bu idman növünü ölkənizdə daha da inkişaf etdirmək, gənc perspektivli idmançıların bacarıqlarını daha yaxşı nümayiş etdirməsinə yardımçı olmaqdı. Bu, Azərbaycanda Yaponiya səfirliyinin dəstəyi ilə keçirilən ilk belə yarışdı. İstəyimiz yalnız cüdo deyil, digər idman növlərində də mütəmadi olaraq yarışları təşkil etməkdir."
Orxan Cəfərzadə
- Baxış: 1105