• KƏPƏZ TV
    canlı yayım

"MƏN ANAYAM"

Layihə “Analıq” dövrünə qədəm qoymağa hazırlaşan xanımlara yardımçı olmaq məqsədi daşıyır. Onlar hamiləliyin ilk trimestrindən etibarən həkim nəzarətinə götürülür və həftəbəhəftə baş verən dəyişiklikliklər izlənilir. Hər həftə müxtəlif həkimlərin müayinəsində olan hamilələrin gündəlik həyat tərzi işıqlandırılır. Onların sağlam hamiləlik dövrü keçirməsinə və düzgün qidalanmasına şərait yaradılır. Telelayihənin həyata keçirilməsində digər hədəf Gəncəbasar bölgəsində erkən nigahlar nəticəsində qadın sağlamlığına vurulan zərərin, eyni zamanda ana-uşaq ölümlərinin qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılmasıdır.

Veriliş həftədə bir dəfə - şənbə günü saat 11.35-də bir saat ərzində Kəpəz Televiziyasının efirində yayımlanır.