Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.11.2026 10:18

Şəmkirdə Zəfər Gününə həsr olunan marafon keçirilib

Şəmkirdə “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarı altında marafon təşkil olunub. Tədbirdə idmançılar, müxtəlif müəssisələrin nümayəndələri və könüllülər də daxil olmaqla, 400-ə yaxın iştirakçı bir araya gəlib.Marafon iştirakçıları Bayraq Meydanından Şəhidlər xiyabanınadək olan məsafəni qət ediblər. Yarışın qalibi Gəncə Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Sərxan Talıbov olub.