Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.04.2026 14:14

Hikmət Hacıyev: Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib

Vətən müharibəsindən sonra Azərbaycanda 421 nəfər minadan zərər çəkib. Onlardan 72-si həlak olub, 349-u isə ağır yaralanıb. Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı paylaşımında bildirib ki, dünya irəliyə doğru addımlasa da, Azərbaycan hər gün görünməz və səssiz təhlükə ilə üzləşir.30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi mina ilə çirkləndirilib. 2020-ci ildən sonra sülh dövründə isə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb.Mina çirklənməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur.